"Vaqner" qruplaşmasının hərbçiləri Rusiya ordusunun Ukraynada törətdiyi vəhşiliklərdən danışıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar dinc əhali ilə vəhşicəsinə davrandıqlarını etiraf ediblər.
"Dinc sakinlər şəhəri tərk edəndə biz onları tələyə saldıq. Əmr gəldi ki, 15 yaşından yuxarı hər kəsi güllələyək. 20-25 nəfəri öldürdük. Onların yarısı 10-15 yaşındakı uşaqlar idi".
Başqa bir "vaqner"çi etiraf edib ki, o, uşaqları öldürmək əmri alıb:
"Biz qarşımıza çıxan hamını məhv elədik. Qadınları, kişiləri, yaşlıları, hətta 4-5 yaşlı uşaqları da".
Onun dediyinə görə, yaralı Ukrayna əsirlərini isə iri çalalar qazıb diri-diri basdırırlarmış.