Hadisə Fransanın uzaq Reünyon departamentində baş verib.
Lent.az-ın xəbərinə görə,dostları ilə restorana gələn 8 yaşlı uşaq nanəli içki sifariş edib.
Lakin ona səhvən araq gətirilib. Arağı içən uşağın halı pisləşərək xəstəxanaya çatdırlıb. 4 saat koma vəziyyətində olan uşaq ertəsi günü xəstəxanadan çıxıb. Uşağın valideyni artıq polisə şikayət edib.