Portuqaliya polisi Lissabonda yerləşən Elmlər Universitetinə hücumun qarşısını alıb.
Lent.az-nn “Figaro”ya istinadla xəbərinə görə, hadisənin əsas şübhəlisi – həmin universitetin 18 yaşlı tələbəsi həbs edilib. Onun evində axtarış zamanı çox sayda silah və ali məktəbə hücumun planı aşkar edilib.
Gündəlik “Publico” qəzetinin xəbərinə görə, hücum hazırlığı barədə Portuqaliya polisinə xarici ölkələrdən birinin xüsusi xidmət orqanları məlumat ötürüb.