Ukraynaya qadağan edilmiş silah verilə bilər
06 iyul 2023 08:17 (UTC +04:00)

Ukraynaya qadağan edilmiş silah verilə bilər

Həftə ərzində ABŞ hakimiyyəti Ukraynaya kaset sursatlarının tədarükünə razılıq verilməsi ilə bağlı qərar qəbul edə bilər.

Lent.az-ın CBS telekanalına istinadən verdiyi məlumata görə, bu məsələnin müzakirəsi əks-hücum fonunda Ukraynanın mərmi ehtiyacını ödəmək məqsədi daşıyır.

Fakt budur ki, kaset sursatlarının məhvetmə sahəsi adi silahlardan beş dəfə çoxdur.

Eyni zamanda kasetli sursatlar bir sıra ölkələrin ratifikasiya etdiyi beynəlxalq konvensiya ilə qadağandır. ABŞ və Ukrayna onların arasında yer almır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Oxşar yazılar