Ukraynaya gedən azərbaycanlıların avtobusu PARTLADILDI:  ölənlər var
08 oktyabr 2022 13:18 (UTC +04:00)

Ukraynaya gedən azərbaycanlıların avtobusu PARTLADILDI: ölənlər var

Rusiyada Ukraynaya getmək istəyən azərbaycanlıların olduğu avtobus partladılıb.

Lent.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb. Onun sözlərinə görə, hadisə ötən gün baş verib.

Vəkil bildirib ki, rusiyalı hərbçilərin azərbaycanlıların olduğu avtobusa açdığı atəş nəticəsində xeyli sayda ölənlər var:

"Daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb".

Onların Rusiyadakı səfərbərliklə əlaqədar ölkəni tərk etmək niyyətində olduqları bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Oxşar yazılar