Səhər saatlarından Rusiya ordusu Ukraynanın Nikolayevi şəhərini çoxsaylı raket zərbələri ilə vurub.
Lent.az UNİAN-a istinadən xəbər verir ki, hadisə Kiyev vaxtı ilə təxminən 05:15-də olub.
Daha əvvəl şəhər meri Aleksandr Senkeviç bildirmişdi ki, Nikolayev üçün ən çox ehtiyac duyulan yardım dəbilqə və gülləkeçirməz jiletlərdir. Onun sözlərinə görə, rus ordusu şəhəri hər tərəfdən mühasirəyə alıb.
