Aleksey Reznikov Ukraynanın müdafiə naziri postunu tərk edir, onun yerinə hərbi kəşfiyyatın hazırkı rəhbəri Kirill Budanov gətirilir.
Lent.az-ın məlumatına görə, bunu bazar günü hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri David Araxamia özünün Telegram kanalında deyib.
Deputat əlavə edib ki, Reznikov hazırda Pavel Ryabikinin rəhbərlik etdiyi Ukraynanın Strateji Sənaye Sahələri Nazirliyinə rəhbərlik edəcək.