Ukraynanın mobil operatorlarıdan Rusiyaya zənglər bloklanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Xüsusi Dövlət Rabitə Xidməti məlumat verib.
“Ukraynanın mobil operatorlarının abonentləri Rusiyaya zəng edə bilməz. Eyni məhdudiyyət sabit xətt telefonlarına da şamil edilir”, - deyə Xidmətin teleqram kanalında bildirilib.
Ukraynada yaxın günlərdə alınmış sim kartların aktivləşdirilməsinə də məhdudiyyət qoyulub.