Mariupolda Ukrayna hərbçiləri daha bir rus polkovniki Aleksey Şarovu məhv ediblər.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
Şarov Qara Dəniz Donanmasının 810-cu Əlahiddə Mühafizə Dəniz Briqadasına rəhbərlik edirdi.
Ukrayna Silahlı Qüüvələrinin məlumatına görə, müharibə zamanı Rusiya ordusunun bir neçə yüksək vəzifəli zabiri öldürülüb. Onların arasında 7 generalın da olduğu bildirilir.