Ukraynada Rusiyanın 79 təyyarə və helikopteri məhv edilib - RƏSMİ
05 mart 2022 10:33 (UTC +04:00)

Ukraynada Rusiyanın 79 təyyarə və helikopteri məhv edilib - RƏSMİ

Ukrayna müharibə başlayandan Rusiyanın 39 təyyarə və 40 helikopterini məhv edib.

Lent.az bu barədə Ukrayna mediasına istinadla xəbər verir. Məlumata görə, Rusiya ordusu ötən gün 3 “Su-25” hərbi təyyarəsini itirib. Onların 2-si Çerniqov, 1-i isə Volnovaxa yaxınlığında vurulub.

Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı bildirib ki, müharibədən ötən 9 günərzində Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmənin ən azı 39 təyyarəsi və 40 helikopterini məhv edib. Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

İdarənin yaydığı məlumatda həmçinin bildirilib ki, martın 4-də Rusiya ordusunun 3 helikopteri də məhv edilib.

Bundan əlavə, iddia edilir ki, müharibə başlamazdan əvvəl Rusiyanın Ukrayna sərhədlərinə yığdığı aviasiya qrupunun tərkibində 700-dən çox texnika olub.

# 1800
avatar

Mehman Nəbiyev

Oxşar yazılar