Rusiyanın Kiokuşin Federasiyasının baş katibi Sergey Uvitski Ukraynaya qarşı müharibədə iştirak edərkən Donbassda həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
O, 41 yaşında Rusiyanın silahlı qüvvələrinin ("Rusiya Döyüş Sənəti “Soyuz” İttifaqının könüllü dəstəsi" adlandırılan) tərkibində döyüşərək həlak olub.
Məlumatda həmçinin bildirilir ki, Uvitski 2010-cu ildə Avropa çempionatının gümüş mükafatçısı, Rusiya çempionatlarının çempionu və dəfələrlə qalibi olub.
Uvitski idman karyerasını başa vurduqdan sonra Rusiya Kiokuşin Federasiyasının rəhbərlərindən biri olub.
Kiokuşinkay (kiokuşin) 1950-ci illərdə Masutatsu Oyama tərəfindən əsası qoyulmuş karate tərzidir.