Ukraynada Rusiya hərbçiləri iğtişaş törətdi:  Döyüşməkdən imtina etdilər
25 mart 2022 20:41 (UTC +04:00)

Ukraynada Rusiya hərbçiləri iğtişaş törətdi: Döyüşməkdən imtina etdilər

0

Melitopolda Rusiya hərbçiləri iğtişaş törədib. 70 hərbçi rəhbərliyin əmrlərinə tabe olmaqdan imtina etdi.

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının mətbuat xidməti “Facebook”da məlumat yayıb.

“Martın 24-də Rusiya ordusunun Melitopolda yerləşən bölmələrində 70 hərbçisinin iğtişaş törətməsi və onların rəhbərliyinin əmrlərini yerinə yetirməkdən və Zaporojyenin müdafiəçilərinə qarşı döyüş əməliyyatlarında iştirak etməkdən imtinası barədə məlumat daxil olub. Rusiya hərbçilərinə məsləhət görürük: əsir düşün, sağ qalmaq şansı əldə edin”, - məlumatda bildirilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3300

Oxşar yazılar