Volodimir Zelenski
20 mart 2022 06:45 (UTC +04:00)

Volodimir Zelenski

 Ukraynada partiyalara məhdudiyyət qoyuldu

0

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbi vəziyyət dövründə bəzi partiyaların fəaliyyətini dayandırıb.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciət zamanı bildirib. 
“Milli Təhlükəsizlik və Müdafiə Şurası genişmiqyaslı müharibəni nəzərə alaraq hərbi vəziyyət dövründə bəzi partiyaların fəaliyyətini dayandırıb” – deyə prezident qeyd edib.

Zelenski fəaliyyəti dayandırılan partiyaların adlarını da elan edib. Onların arasında solyönümlü siyasi qüvvələr üstünlük təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1695

Oxşar yazılar