Rusiya hərbçiləri həlak olmuş əsgərlərin meyitlərini yandırırlar
07 iyul 2022 14:15 (UTC +04:00)

Rusiya hərbçiləri həlak olmuş əsgərlərin meyitlərini yandırırlar

Ukraynada ölən Rusiya hərbçiləri ilə bağlı ŞOK İDDİA: "Meyitləri yandırılır"

Rusiya hərbçiləri Xersonda həlak olmuş əsgər yoldaşlarının meyitlərini yandırırlar.

Lent.az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Bildirilib ki, rusiyalı döyüşçülər itkilərin sayını gizlətmək üçün vaxtaşırı həlak olan əsgərlərin cəsədlərini yandırırlar: 

“Onların kimliyini müəyyən etmək çətindir. Meyitlərin yandırılmasını ört-basdır etmək üçün hərbçilər yanğınları imitasiya edirlər. Yəni, bunu artilleriya atəşi və sonrakı atəşlərin nəticəsi kimi təqdim etməyə çalışırlar”.

Baş Kəşfiyyat İdarəsi onu da vurğulayıb ki, yanğının simulyasiya edilməsi prosesi hadisə yerində güclü partlayış səsi eşidilməsilə başlayır, bundan sonra isə güclü yanğın baş verir. 
 

# 1848
avatar

Nigar Namiq

Oxşar yazılar