Ukraynada öldürülən Rusiya generallarının  SİYAHISI
19 mart 2022 21:24 (UTC +04:00)

Ukraynada öldürülən Rusiya generallarının SİYAHISI

1

Ukrayna Silahlı Qüvvələri məhv edilmiş Rusiya generallarının siyahısını dərc edib.

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı İdarəsinin Strateji Kommunikasiyalar Departamentinin məlumatına görə, müharibənin üç həftəsi ərzində ukraynalı hərbçilər azı altı general da daxil olmaqla 10-dan çox yüksək səviyyəli Rusiya komandirini məhv edib.

Bunlar Milli Qvardiyanın 141-ci motoatıcı alayının komandiri general-mayor Maqomed Tuşayev, general-mayor Vitali Gerasimov - Mərkəzi Hərbi dairənin 41-ci ordusu komandanının birinci müavini, general-mayor Andrey Kolesnikov - Şərq hərbi dairəsinin 29-cu ordusunun komandanı, general-mayor Andrey Suxovetski - Mərkəzi hərbi dairənin 41-ci ordusu komandirinin müavini, general-mayor Oleq Mityaev - 150-ci motoatıcı diviziyanın komandiri, general-leytenan Andrey Mordviçev - Cənub hərbi dairəsinin 8-ci Qvardiya birləşmiş silahlı qüvvələrinin komandanı.

Bundan başqa, Ukraynada müharibə başlayandan Rusiya ordusunun polkovnikləri Andrey Zaxarov, Sergey Poroxnya, İqor Nikolaev, podpolkovnikləri Yuri Aqarkov, Dmitri Sofronov və Mixail Yermolin də həlak olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4670

Oxşar yazılar