Ukraynada müharibə başlayandan  32 jurnalist   HƏLAK OLUB
06 iyun 2022 13:38 (UTC +04:00)

Ukraynada müharibə başlayandan 32 jurnalist HƏLAK OLUB

“Bu il, bu gün, ümumiyyətlə, bayram deyil, çünki Rusiyanın Ukraynada genişmiqyaslı hücumu başlayandan indiyədək 32 jurnalist həlak olub”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edərkən deyib.

O, həmçinin qeyd edib ki, bu gün 24 saat işləyən bütün jurnalistlər dünya tarixində ilk dəfə olaraq hibrid müharibəsi apardıqları üçün əsl qəhrəmandırlar:

"Sizin bugünkü rolunuz əvəzsizdir. Hazırda vahid xəbər marafonunun vahid cəbhəsində çalışan müxtəlif media qruplarından olan jurnalistlər danışıqlar aparmaq, əməkdaşlıq etmək bacarığını nümayiş etdirib və bununla da ən vahid əsas hədəfi – qələbəmizi qarşıya məqsəd qoyublar”.

Xatırladaq ki, bir müddət əvvəl Luqansk vilayətində fransalı jurnalist Lekler İmhoff həlak olub O, BFMTV kanalında işləyib və rayon sakinlərinin təxliyəsi ilə bağlı material hazırlayıb. Amma insanları götürməyə gedən maşın atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305
avatar

Fidan İlqar

Oxşar yazılar