Ukraynanın işğaldan azad edilmiş İzyum şəhərindəki meşədə kütləvi məzarlıq aşkar edilib.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə daxili işlər nazirinin müavini Anton Qeraşenko məlumat verib.
Nazir müavini qeyd edib ki, məzarlıqda təxminən 400 nəfər basdırılıb. Ölənlərin şəxsiyyətini müəyyən etmək və ölüm səbəbini bilmək üçün meyitlər eksumasiya olunacaq.