Kiyevdə hakim “Xalqın xidmətçisi” partiyasının deputatlarını kokainlə təmin edən şəxs saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 48 yaşlı kişi qadağan olunmuş maddəni alıcıya təhvil verərkən tutulub. Onun üzərindən 20 kisədən artıq qablaşdırılmış toz, elektron tərəzi, külli miqdarda nağd pul və patron aşkar edilib.
Saxlanılan şəxs Yuri Çernetski olub. Hələ ötən ilin dekabrında onun yüksək rütbəli siyasətçilər üçün narkotik gətirən şəbəkənin bir üzvü olması barədə şübhələr yaranmışdı.
Ukrayna saytları da saxlanılan Y. Çernetskinin ölkənin elitası üçün narkotik daşıyıcılarından biri olduğu haqqında xəbərlər paylaşıb.