Martın 11-də Kiyevin “Atlet” komandasının oyunçusu Dmitri Yevdoçenko Rusiya hərbçilərinin gülləsindən ölüb.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə, klubun mətbuat xidməti xəbər yayıb.
16 yaşlı oğlanla birlikdə onun anası Marina Yevdoçenkonun da öldürüldüyü bildirilir.
Faciə Kiyev vilayətinin Brovarski rayonundan ailənin təxliyəsi zamanı baş verib.