Ukraynanın Zaparoje vilayətinin deputatı Leyla İbrahimova evindən oğurlanıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu gün səhər saat 6-da onun evinə soxulan rusiyalı hərbçilər L. İbrahimovanı naməlum istiqamətdə aparıblar.
Krım-tatar məclisinin sədri İskəndər Barıyevin dediyinə görə, xanım deputatın harada olduğu məlum deyil. Məlumata görə, L.İbrahimovanın mobil telefonu da əlindən alınıb.