Ukraynada daha bir soydaşımız Rusiya ilə müharibədə həlak olub.
Lent.az xəbər verir ki, bu barədə Ukraynada olan azərbaycanlı jurnalist Anar Natiqoğlu məlumat yayıb.
Onun sözlərinə görə, illərdir bu ölkədə yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətindəki Konstantinovka uğrunda gedən döyüşlərdə həlak olub.
Fuadın atası istefada olan hərbi həkimdir.
O, birinci Qarabağ savaşında hərbi jurnalist Ağası Hun Məmmədlinin qardaşı oğludur.
Məlumata görə, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hal-hazırda doyüşlərdə iştirak edir.