Rusiya Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Lent.az xəbər verir ki, bu barədə “Birlik” Odessa diaspor təşkilatının üzvü Anar Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gün Xerson istiqamətində daha bir soydaşımız şəhid olub. Nikolayevdəki diaspor fəalı Zaur Agabəyovdan aldığımız məlumata görə, Ukraynanın azadlığı uğrunda canından keçən qəhrəman Əliyev Rüstəm Ramazan oğludur! Slava Ukraine, Qeroyam Slava!!!”,- deyə paylaşımda bildirilib.