Ukrayna-Rusiya sərhədində 3 azərbaycanlı yaralanıb.
Bu barədə Lent.az-a Azərbaycanın Xarkovdakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.
Ukraynanın Dnepr vilayətindən Rusiyanın Belqorod şəhərinə yük maşını ilə kənd təsərrüfatı məhsulları aparan Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğlu sərhəddə atəşə tutulma nəticəsində güllə yarası alıblar.
Qeyd edək ki, Ukrayna hərbçiləri onları xəstəxanaya yerləşdiriblər.