Ukrayna hərbçiləri çeçenlərdən ibarət daha bir kolonu darmadağın edib.
Lent.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Facebook”da hərbi müxbir roman Boçkala məlumat paylaşıb.
O qeyd edib ki, sağ qalan çeçenlər meşəyə qaçıblar və Ukrayna hərbçiləri hücum etməkdə davam edir.
Jurnalistin sözlərinə görə, Rusiya hərbçiləri təşviş içindədir, onlar ərazini tanımır və döyüşmək üçün motivasiyaları yoxdur.