Ukraynada 851 uşaq yaralanıb – YENİ STATİSTİKA
27 noyabr 2022 12:20 (UTC +04:00)

Ukraynada 851 uşaq yaralanıb – YENİ STATİSTİKA

0

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı əməliyyatı nəticəsində 440 uşaq həlak olub, 851 uşaq yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu “Telegram”da məlumat yayıb.

“27 noyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı əməliyyatı nəticəsində Ukraynada 1291-dən çox uşaq zərər çəkib. Prokurorların rəsmi məlumatına görə, 440 uşaq ölüb, 851-dən çoxu yaralanıb”, - məlumatda deyilir.

Məlumatlar yekun deyil, çünki onların aktiv hərbi əməliyyatların aparıldığı yerlərdə, müvəqqəti olaraq ələ keçirilən və azad edilmiş ərazilərdə qurulması istiqamətində işlər davam edir.

Uşaqlar ən çox Donetsk vilayətində - 424, Xarkovda - 266, Kiyevdə - 117, Nikolayda - 77, Zaporojyedə - 76, Xersonda - 70, Çerniqovda - 68, Luqanskda - 64, Dnepropetrovskda - 33 nəfər yaralanıb.

Noyabrın 26-da Dneprə raket hücumları nəticəsində 17 yaşlı yeniyetmə yaralanıb.

Həmin gün Xerson vilayətinin Çernobaevka məntəqəsini rus qoşunlarının atəşə tutması nəticəsində 10 yaşlı uşaq yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1718

Oxşar yazılar