Ukraynada 16 aylıq müharibədə  Rusiyanın itkiləri   AÇIQLANDI
24 iyun 2023 16:46 (UTC +04:00)

Ukraynada 16 aylıq müharibədə Rusiyanın itkiləri AÇIQLANDI

Jurnalistlər Ukraynada məhv edilən 26 121 rus hərbçinin şəxsiyyətini müəyyən ediblər. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, itkilərin artımı hələ də keçən ilin orta göstəricilərini üstələyir.

Son iki həftə ərzində öldürülən 903 nəfərin adını müəyyən etmək mümkün olub, BBC xəbər verir və xəbərdarlıq edir ki, bu rəqəmə rusların yeni itkiləri daxil deyil. Çünki Rusiya hərbçilərinin ölümü ilə bağlı xəbərlər iki həftəlik gecikmə ilə gəlir. 

Jurnalistlər qeyd ediblər ki, təkcə son iki həftə ərzində daha 487 “Vaqner” muzdlusunun ölümü təsdiqlənib, onlardan 233-ü mühakimə olunanlardır. Onların demək olar ki, hamısı Baxmut ərazisində gedən döyüşlərdə məhv edilib.

Jurnalistlər vurğulayıblar ki, “Vaqner”in itkilərinin çoxu məhkumlardır. Bu günə kimi məhv edilən 4922 məhkumun adı məlumdur.

Materialda həmçinin xatırladılır ki, bu həftə Rusiyanın 35-ci Əlahiddə Ümumqoşun Ordusunun baş qərargah rəisi, general-mayor Sergey Qoryaçevin ölüm xəbəri təsdiqlənib. Ehtimallara görə, o, Zaporojye vilayətində məhv edilib və Sankt-Peterburqdakı Smolensk qəbiristanlığında dəfn edilib.

Qoryaçev 2022-ci ilin fevralından ölümü təsdiqlənən beşinci rus generalı olub. Lakin onların məzarları hələ də aşkar edilməyib.

Bundan əlavə, müharibənin əvvəlindən Rusiya 2152 zabit itirdi, onlardan 597-si mayor və yuxarı rütbələrdə olub. Həmçinin leytenantdan kapitan rütbəsinə qədər 1554 hərbi qulluqçu məhv edilib. Mütəxəssislər qeyd ediblər ki, onların itirilməsi taktiki uyğunluğun ciddi şəkildə azalmasına gətirib çıxarır. 

Bundan əlavə, jurnalistlər bu il yanvarın 1-dən etibarən 60 faizi öldürülən 2581 səfərbər edilmiş rusiyalının ölümü barədə məlumat əldə ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42