Ukrayna və Rusiya danışıqlarında əsas problemli məsələlər  AÇIQLANDI
06 mart 2022 21:08 (UTC +04:00)

Ukrayna və Rusiya danışıqlarında əsas problemli məsələlər AÇIQLANDI

4

Ukrayna Ali Radasındakı “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, Rusiya ilə danışıqlarda tərəflərin razılığa gəlməsinə mane olan bir neçə problemli məsələ var.

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, onun sözlərinə görə, razılaşmağın demək olar ki, mümkün olmadığı yeganə hissə Krım və Rusiyanın müstəqil kimi tanımaqda israr etdiyi qondarma respublikalardır. 

“Bu, Ukrayna cəmiyyəti üçün qəbuledilməzdir”, - Araxamiya vurğulayıb. 

O, həmçinin əlavə edib ki, Ukrayna nümayəndə heyəti ölkənin ərazi bütövlüyü məsələlərində güzəştə getməyə hazır deyil. Onun sözlərinə görə, bu məsələdə Ukrayna tərəfinin mövqeyi qətidir.

"Biz istənilən digər dinamik variantları müzakirə etməyə hazırıq, lakin bu ərazilərin tanınmasını yox", - Araxamiya əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 2734

Oxşar yazılar