Ukrayna raketlər istehsal edəcək
03 iyun 2023 03:42 (UTC +04:00)

Ukrayna raketlər istehsal edəcək

Ukrayna zenit raketləri istehsal etməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" kanalında videomüraciətində bildirib.

Onun sözlərinə görə, hakimiyyəti öz istehsalı olan zenit-raket komplekslərinin işə salınmasını müzakirə edir.

“Biz hava hücumundan müdafiəmiz və onun gələcək inkişafı, Ukraynada lazımi raketlərin tədarükü və istehsalı ilə bağlı bütün detalları müzakirə etdik. Ukrayna hava qalxanı davamlı olaraq lazım olan hər şeylə təmin edilməlidir”, - deyə Ukrayna lideri bildirib.

# 1320
avatar

Oxşar yazılar