Ukrayna qoşunlarının Xersona hücumu  dəf edilib   - RƏSMİ
29 avqust 2022 21:35 (UTC +04:00)

Ukrayna qoşunlarının Xersona hücumu dəf edilib - RƏSMİ

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Xerson və Nikolayev vilayətlərinə hücum cəhdini təsdiqləyib. 

Lent.az-ın  APA-ya istinadla xəbərinə görə, Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının üç istiqamətdə hücuma cəhd etdiyini və Rusiya qoşunlarının fəal müdafiəsi nəticəsində Ukrayna ordusunun böyük itki verdiyini açıqlayıb.

Rusiya MN-nin axşam saatlarında yadığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Xerson yaxınlığındakı hücumunun dəf edilməsi zamanı Ukraynaya məxsus 26 tank, 23 piyadaların döyüş maşını, 9 digər zirehli döyüş maşını, 2 Su-25 təyyarəsi məhv edilib. Həmçinin Ukrayna tərəfinin 560-dan çox hərbi qulluqçusunu itirdiyi qeyd olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Oxşar yazılar