NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna münaqişəsinin nəzarətdən çıxa biləcəyindən ehtiyat edir.
Lent.az-ın xəbərinə görə, baş katib NRK televiziyasına müsahibəsində bildirib ki, münaqişə Rusiya ilə Alyans arasında müharibəyə çevrilə bilər.
Stoltenberqin fikrincə, tam miqyaslı müharibənin ola biləcəyinə şübhə yoxdur. Lakin Avropa ölkələrinin cəlb ediləcəyi müharibədən qaçmaq lazımdır.