“Ukrayna ordusunun 2022-ci ilin sonuna kimi 23 fevral mövqeyində rus hərbçilərini geri atmaq üçün hər şansı var. Krımın qaytarılması artıq 2023-cü ildə mümkündür”.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı general Ben Hoces “Kanal 24”ə müsahibəsində deyib.
General Ben Hoces
“Əminəm ki, rusların döyüşmək iradəsi yoxdur. Onlar orduya qatılmırlar. Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat axtarır. Hətta həbsxanalarda dustaqları da Rusiya ordusunda döyüşməyə məcbur edirlər. Rusiya əhalisi isə bunu istəmir. Bütün bunlar rusların zəif və tükəndiyini göstərir” – general vurğulayıb.
O qeyd edib ki, bir sıra mühüm amillər bir araya gələrsə, ruslar məğlub olacaq. Onun fikrincə, həmin amillər aşağıdakılardır:
birliyin qorunması;
Ukraynaya lazım olan hər şeylə dəstək;
Və əgər hər şey Ukraynanın qələbəsinin zəruriliyindən danışmağa və buna nail olmağa kömək etməyə davam edərsə.
“Hiss edirəm ki, yaxın bir neçə həftə ərzində Ukraynanı ağır döyüşlər gözləyir və potensial olaraq Rusiya qoşunları səpələnib. Onların yaxın gələcəkdə vəziyyətlərini necə yaxşılaşdıra biləcəklərini bilmirəm. Ukrayna ona lazım olan hər şeylə təmin olunmalıdır” – Hoces deyib.