Ukrayna “Bayraktar”dan istifadə etdi - İLK DƏFƏ
27 oktyabr 2021 07:29 (UTC +04:00)

Ukrayna “Bayraktar”dan istifadə etdi - İLK DƏFƏ

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə mətbuatının hərbçilərin Donbasda ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə qərargahın mətbuat mərkəzi “Facebook” yazıb.

“Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyatı aparılan ərazidə “Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat - zərbə döyüş əməliyyatını həyata keçirib”, deyə məlumatda bildirilib.

# 3411
avatar

Oxşar yazılar