Kanadanın Ontario ştatının Su Sent Mari şəhərində atışma nəticəsində 6, 7 və 12 yaşlı uşaqlar da daxil olmaqla, beş nəfər ölüb, daha bir nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə iki binada yaşanıb.
Polis atışmanın məişət zəminində baş verdiyini düşünür.
Hadisəni törədən şəxsin dörd nəfəri öldürüb, bir nəfəri yaraladıqdan sonra intihar edən 44 yaşlı kişi olduğu üzə çıxıb.
Ölənlərin və xəsarət alanların kimliyi açıqlanmır.