Türkmənistanda tapılan  “Cəhənnəm qapısı”   - İçindən  görün nə çıxdı
12 may 2023 18:49 (UTC +04:00)

Türkmənistanda tapılan “Cəhənnəm qapısı” - İçindən görün nə çıxdı

1971-ci ildə Türkmənistanda geoloqların yol verdiyi səhv insanlara və təbiətə ağır zərbələr vurub.

Lent.az-ın məlumatına görə, insanların “Cəhənnəm qapısı”, “Tanrıya gedən yol” adı verdikləri bu kraterin rəsmi adı “Qaraqum parıltısı”dır. Krater Daşoğuz vilayətində, Erbend aulundan 90 kiıometr məsafədə yerləşir. Onun diametri 60, dərinliyi 20 metrdir.

Krater 1971-ci ildə sovet geoloqları tərəfindən “yaradılıb”. Kəşfiyyat quyuları qazan geoloqlar özləri də bilmədən qazla dolu böyük bir kraterin açılmasına səbəb olublar və o gündən sonra 52 il ərzində burdakı əbədi məşəl sönməyib.

Əslində zəhərli qazların əhaliyə və heyvanlara zərər verməməsi üçün krateri geoloqlar odlayıblar.

2004-cü ildə ölkə prezidenti quyunun ağzının bağladılmasını əmr edib. O hesab edirdi ki, bu odlu krater yaxınlıqdakı qaz yataqlarının işlədilməsinə mane olur. Lakin sonralar bu fikir dəyişdirilib, kraterin ətrafındakı yaşayış məntəqələri köçürülüb və ərazi qoruq elan olunub.

2013-cü ildə bu əraziyə araşdırmaya gələn kanadalı alim kraterin dibindən çıxarılmış nümunələrdə yansa da, məhv olmayan qəribə bakteriyalar tapıb. Bu bakteriyalara yer üzündə başqa heç yerdə rast gəlinməyib. İnsanlar bu bakteriyaların yeraltı dünyaya məxsus qeyri-adi varlıqlar olduğunu deyirdilər.

2022-ci ildə Türkmənistan yenidən krateri söndürmək üçün yollar aramağa başlayıb. Amma “cəhənnəm “məğlub olmaq istəmir. O öz alov dilləri ilə axirəti insanların yadına salır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar