Türkiyədən dəhşətli görüntülər - Dırnaqları ilə qazıdılar
07 fevral 2023 15:26 (UTC +04:00)

Türkiyədən dəhşətli görüntülər - Dırnaqları ilə qazıdılar

Dünən Türkiyədə 10  rayonda ard - arda yaşanan iki böyük zəlzələ və yüzlərlə kiçik sarsıntının yaratdığı mənzərə dəhşətlidir.  3 mindən çox insan itkisi, 6 minə qədər yıxılan bina, 16 mindən çox yaralı, uçmuş binalar altında qalan minlərlə canlı. Həyəcan, göz yaşları, səksəkə dolu hər biri bir gün qədər uzanan saatlar.

Üstəlik soyuq və qar. Gecə 04.17 də yaşanmış zəlzələdən sonra xəsarət alan binalar gündüz 13.24-də baş vermiş ikinci güclü təkanla yerlə yeksan oldu. Afterşoklar isə 6,6 bal gücündə təkanlarla özünü göstərir, xilasedicilərin də həyatını təhlükəyə atır.  Həyəcan və hüzn içində kəskin soyuqda yarıçılpaq halda küçələrdə gözləyən insanların yarı canları dağıntılar altında qalmış əzizlərinin yanında qalıb. Qardaş ölkədə bu gün yaşanan fəlakətin qısa  təsviri budur.

Xilasedicilər məhdud imkanlarla qar altında əllərindən gələni etməyə çalışırlar. İlk saatlarda texnikanın əraziyə cəlb edilməsi problem yaratdığına görə, yalın əllə uçqunlar altından gələn hər haray səsinə qaçır, mümkün olan hər kəsi xilas etməyə çalışırdılar. Can bazarı yaşanır. Canlı çıxarılmış hər türk sevinc yaşadır ətrafdakılara. 
Ən çox insan itkisi Pazarcık, Elbistan, Merkez və Türkoğlu qəsəbələrində yaşanıb.

Pazarcıkda 6 mərtəbəli binanın dağıntıları altında qalan 4 nəfərlik Günəş ailəsi WhatsApp-da məktəbin müəllimlər qrupuna yazdığı mesaj sayəsində dəstək ala bilib. Müəllimlər dərhal yardım gətirərək ata, ana, oğulu xilas etsə də, Ayşe Kübranı xilas eləmək asan olmayıb. Düz 7 saat əllə qazaraq balaca Ayşe Kübranı xilas ediblər. Balaca qız hətta xəstəxanaya göndərilərkən belə ağlayaraq, atasının əlini buraxmaq istəmədi.

O xilas oldu, lakin dağıntıların ətrafında fırlanaraq əzizlərini haraylayanların səsi minlərlədir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar