Fevralın 8-nə olan məlumata görə, Türkiyədə zəlzələ nəticəsində ölən ermənilərin sayı 9 nəfərə çatıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə Ermənistanın Diasporla İş üzrə Baş Komissarının Aparatının Strategiya İnkişafı Departamentinin rəhbəri Ovanes Aleksanyan bildirib.
Suriyada baş vermiş zəlzələ nəticəsində ölən ermənilərin sayından danışan Aleksanyan orada 2 erməninin öldüyünü qeyd edib.