Türkiyənin bir çox şəhərlərində kəskin hava şəraiti müşahidə olunur.
Lent.az APA-ya istinadən xəbər verir ki, ölkənin bir çox şəhərlərinə, o cümlədən İstanbula şiddətli qar yağıb.
Türkiyə Dövlət Meteorologiya Mərkəzinin verdiyi açıqlamaya görə, bu cür hava şəraiti ölkənin ən böyük şəhərində ən az üç gün davam edəcək.
Universitetlər, özəl təhsil mərkəzləri və bir çox qurumlar qısa müddətli tətil elan edib.