Anadolunun tektonik zonada yerləşdiyi qədim dövrdən məlumdur. Lakin zəlzələlərlə bərabər təbiət bura bərəkətli torpaqlar və zəngin su mənbələri bəxş edib. Elə tarixin ən dağıdıcı zəlzələlərindən bir çoxu burada baş verib.
Lent.az xəbər verir ki, 13 dekabr 115-ci ildə Antakyada (latındilli mənbələrdə Antioxiya) baş verən yeraltı təkanlar müasir Türkiyə sərhədləri daxilində baş vermiş ən dağıdıcı zəlzələ hesab edilir. Təbii ki, 18 əsr əvvəl seysmoqraf olmadığından maqnitudanı müəyyən etmək mümkün deyil. Lakin Merkalli şkalasına görə (zahiri əlamətlər əsaasında) zəlzələnin 11 bal olduğu ehtimal eeidlir.
Hadisənin şahidi olan Roma tarixçisi Dion Kassi yazır ki, zəlzələ qulaqbatırıcı uğultu ilə başlayıb, titrəyişlərin gücündən insanlar və ağaclar havada uçmağa başlayıb. Bir neçə gün davam edən təkanlarda insanlar dağıntılar altında donaraq ölüb. Təkanların ardınca dənizdə yaranan nəhəng dalğalar sahil boyu əraziləri məhv edib. Ölümün çox olmasına səbəb imperator Trayanın həmin vaxt ordu ilə birgə burada qışlaması olub. Hökmdar özü zəlzələ xamanı pəncərədn atılaraq yüngül xəsarətlərlə canını qurtarıb. Zəlzələdə 260 000 nəfərin öldüyü ehtimal edilir.
Trayanın əmri ilə zəlzələdən sonra şəhərin bərpasına başlanılıb. Buna görə də, Antakyada tapılan mozaikaların əksəriyyəti 115-ci ildən sonraya aiddir.