Türkiyə prezidentliyinə namizədliyini geri götürdü
24 mart 2023 19:42 (UTC +04:00)

Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan 14 mayda keçiriləcək prezident seçkilərinə namizədliyini geri götürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, buna dair ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla şəxsən razılığa gəldiyini bildirib.

Erbakanın sözlərinə görə, partiyası Cümhur İttifaqına qatılır və vahid namizəd Rəcəb Tayyib Ərdoğana səs verəcək.

# 2613
avatar

Oxşar yazılar