Tramp türk həkim Mehmet Özü   mühüm posta namizəd göstərdi
20 noyabr 2024 07:59 (UTC +04:00)

Tramp türk həkim Mehmet Özü mühüm posta namizəd göstərdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.

Lent.az xəbər verir ki, Tramp bu haqda açıqlamanı “Truth” sosial media platformasındakı hesabında verib.

Tramp ABŞ-ın ciddi bir səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.

Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, Özün ABŞ səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da “Medicare” 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta qurumudur. “Medicaid” isə aşağı gəlirli ailələrə tibbi sığorta xidmətləri göstərən qurumdur.

ABŞ hökuməti 2023-cü ildə “Medicaid” proqramı çərçivəsində 860 milyard, “Medicare” çərçivəsində isə 848 milyard dollar xərcləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107
avatar

Oxşar yazılar