Torpaq sürüşməsi 30 nəfərin həyatına son qoydu
29 may 2022 01:24 (UTC +04:00)

Torpaq sürüşməsi 30 nəfərin həyatına son qoydu

Son sutka ərzində leysan və torpaq sürüşməsi 30-dək insanın  həyatına son qoyub.

Lent.az-ın xəbərinə görə, bunu Braziliyanın Pernambuk regionunun Mülki müdafiə xidməti açıqlayıb. 

Səhər saatlarında torpaq sürüşməsi nəticəsində 10 nəfərin öldüyü təsbit edilib. Gün ərzində təbii fəlakət qurbanlarının sayı 30-a çatıb.
Yerli media xəbər verir ki, aramsız yağışlara görə minədək insan təxliyə olunub. Regiona sutka ərzində 246 mm yağıntı düşüb ki, bu da aylıq normanın 70%-nə bərabərdir. 

 
 

# 1164
avatar

Oxşar yazılar