Türkiyədə iki ailə arasında torpaq sahəsinə görə dava olub.
Lent.az ”Ensonhaber”ə istinadən xəbər verir ki, hadisə Derik rayonunda baş verib.
Kütləvi davada 11 nəfər xəsarət alıb.
Ailələr gecə saatlarında ərazini iki yerə ayıran divarın səhv istiqamətə yönləndirildiyindən şübhələnib.
Dava da bundan sonra baş verib.
Hadisə nəticəsində bir nəfər xəstəxanda ölüb.
Dava ilə əlaqədar üç nəfər saxlanılıb.