Adıyaman Respublika Prokurorluğu zəlzələdə 100-dən çox insanın həyatını itirdiyi Mavi Kent Yapı, Bahçeşehir 1 və Bahçeşehir 2 komplekslərinin podratçısı Yasin Akbaş olduğunu müəyyən edib.
Lent.az xarici KIV-ə istinadən xəbər verir ki, prokurorluq Akbaş haqqında həbs qərarı çıxarıb.
İstanbulda olduğu təsbit edilən Akbaş Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi qruplarının təşkil etdiyi əməliyyatla yaxalanıb.
"Ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə dindirilən Yasin Akbaş həbs edilərək həbsxanaya göndərilib.