ABŞ-ın Vaşinqton ştatının Sietl şəhəri yaxınlığında 10 nəfərin olduğu təyyarə suya düşüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sərnişinlərdən 1-i azyaşlıdır. Hazırda onların axtarışları davam edir.
Eyni zamanda, sahil mühafizəsi artıq təyyarənin düşdüyü bölgədə sərnişinlərdən birinin cəsəsədinin tapılması barədə məlumat verib. Təyyarədəki qalan sərnişinlər itkin düşmüş hesab edilir.