Təyyarə qəzasında ölən bloger hamilə olub
15 yanvar 2023 21:46 (UTC +04:00)

Təyyarə qəzasında ölən bloger hamilə olub

0

Nepalda qəzaya uğrayan təyyarədə rusiyalı bloger də olub.

Lent.az “REN TV”ə istinadən xəbər verir ki, qəzada ölən Yelena Banduro hamilə olub. 

Bacısı Kseniyanın dediyinə görə, o, dünən Yelena ilə danışıb.

“Hər şey yaxşı idi. O, təəssüratlarından, tətil planlarından danışdı. Moskva vaxtı ilə saat 04:59-da mənə yazdı: “Sabahın xeyir. Nepalda 07:44. Aeroporta gedirəm, indi Poxara şəhərinə uçuşum var”, - deyə bacısı qeyd edib.

Yelena yaxın vaxtlarda Qazaxıstana köçmüşdü.

Rusiya aviaşirkətlərindən birinin SMM mütəxəssisi kimi məsafədən (freelancer) çalışırdı.

“Lena hamilə idi. Keçən həftə Lena ailəsinə bu şad xəbəri dedi. Ultrasəs müayinəsi etdi. Biz körpənin qollarını və ayaqlarını, konturlarını gördük. Qızı gözləyirdilər”, - deyə bacısı əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2656

Oxşar yazılar