Dominikan Respublikasının paytaxtı Santo-Dominqo yaxınlığında birmühərrikli təyyarə qəzaya uğrayıb.
Lent.az-ın “Diaro Libre”yə istinadla xəbərinə görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub. Onlardan altısı ABŞ, digərləri Dominikan vətəndaşlarıdır. İlkin məlumata görə təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilot nasazlığa görə geri qayıtmaq istəyib. Hadisənin səbəbləri araşdırılır.