BƏƏ-də yüngül mühərrikli təyyarə ən böyük məscidin dayanacağına çırpılıb.
Lent.az xəbər verir ki, polis və aviasiya rəsmiləri avqustun 31-də Şeyx Zeid məscidi yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı insidentin səbəblərini araşdırır.
Avqustun 31-də özəl hava limanına çatmazdan əvvəl yüngül mühərrikli Cessna Caravan eniş zamanı qəzaya uğrayıb.
Xoşbəxtlikdən təyyarə boş əraziyə düşüb.
Hadisə zamanı pilot xəsarət alıb.
İlkin məlumatlara görə, vaxtından əvvəl enişin səbəbi texniki nasazlıq olub.