Burkina-Fasonun şimalında yerləşən hərbi hissəyə terror hücumu olub.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, hücum zamanı 12 əsgər və 4 zabit həlak olub. Hücum zamanı 20-dən çox hərbçi xəsarət alıb.
Yerli mənbələrin məlumatına görə, bu hücum ordunun qanunsuz silahlı birləşmələrə qarşı ötən həftə keçirdiyi əməliyyata görə qisas xarakteri daşıyır.