Temperatur 44 dərəcəni keçdi,  ölənlər var
13 avqust 2025 15:32 (UTC +04:00)

Temperatur 44 dərəcəni keçdi, ölənlər var

Anormal istilər Avropanı, eləcə də İsraili bürüyüb. İspaniya, Yunanıstan, Balkanlar, Portuqaliya və Türkiyədə yanğınlar davam edir. Havanın temperaturu rekord həddə — 40 °C-yə çatır.

Lent.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə kənd təsərrüfatı işçisi alov yaşayış evlərinə yaxınlaşarkən həyatını itirib. Albaniyada isə bir nəfər yanğın nəticəsində ölüb. İspaniyanın Leyda əyalətində 61 yaşlı macar işçinin meyvə yığımı zamanı istidən öldüyü ehtimal olunur.

Monteneqroda hərbi qulluqçu həlak olub, digər əsgər isə onların istifadə etdiyi sisternanın aşması nəticəsində ağır xəsarət alıb. İspaniyanın cənubunda isə turistlər və məşhur aşpaz Xose Andres ağ villaların üzərindəki qara tüstünü və alovu lentə alıblar. Hadisə nəticəsində 2 000-dən çox insan təxliyə edilib. Yanğınların, ehtimal ki, evkalipt və şam meşələrində başlaması və sürətlə yayılması bildirilib. Söndürmə işlərinə dənizdən su götürən helikopterlər cəlb olunub.

Alimlər qeyd edirlər ki, Avropa və İsraildə müşahidə olunan anormal istilik dalğaları qlobal istiləşmə ilə əlaqəlidir. Aralıq dənizi bölgəsində yay ayları getdikcə daha isti və çətin keçir. İspaniyada bəzi yerlərdə temperatur 44 °C-dən yuxarı qalxıb. Lokal yağışlar və ildırımlı hava isə yalnız alovun güclənməsinə və daha sürətlə yayılmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar