“Fox News”un aparıcısı Brayan Kilmid efirdə rezonans doğuran açıqlama verdikdən sonra qalmaqalın mərkəzində olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ruhi xəstə evsizin ukraynalı qaçqın İrina Zarutskayanı öldürməsi hadisəsini şərh edərkən, o, “məcburi ölümcül iynə vurma və ya buna bənzər bir şey” qeyd edərək, belə insanlardan yaxa qurtarmaq lazım olduğunu deyib.
Teleaparıcının sözləri izləyicilər arasında hiddət dalğasına və internetdə qızğın tənqidlərə səbəb olub.
Qalmaqaldan sonra Kilmid açıqlamasını "son dərəcə ürəksiz" adlandıraraq ictimaiyyətdən üzr istəyib. O, cinayətkarlarla çətin həyat vəziyyətində olan insanlar arasındakı fərqi anladığını vurğulayıb və bir çox evsiz insanların köməyə və mərhəmətə layiq olduğunu etiraf edib.